AZERFAX TV

Tanınmış futbolçu taksi sürücüsü işləyir: Səbəbi açıqlandı

İtaliyalı tanınmış sabiq müdafiəçi Maks Tonetto hazırda “Uber” taksi sifarişi xidmətində sürücü kimi çalışır.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.

Bir çox sərnişinlər sükan arxasında keçmiş futbolçunu tanıyır, buna görə də Tonetto sürücü kimi böyük tələbat görür. O, indiyədək 190-dan çox səfər həyata keçirib.

Qeyd olunur ki, Tonettonun bu sahədə çalışması maliyyə problemləri ilə bağlı deyil. 51 yaşlı italiyalı avtomobil icarəsi biznesinə sərmayə qoyub və bu sahədə şəxsən də işləməyə qərar verib.

Tonetto daha çox 2006–2010-cu illərdə “Roma”dakı çıxışları ilə tanınır. O, paytaxt klubu ilə iki dəfə İtaliya Kubokunu qazanıb, bir dəfə isə ölkə Superkubokunun qalibi olub.

Bundan əlavə, o, “Reccana”, “Fano”, “Ravenna”, “Empoli”, “Bolonya”, “Leççe” və “Sampdoriya”nın formasını geyinib. 1999-cu ildə “Milan”ın heyətində olsa da, “rossoneri”də rəsmi oyuna çıxmayıb. 2007-ci ildə isə İtaliya millisində bir oyun keçirib.

Related Articles

Bir cavab yazın

Back to top button