Tokioda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı

Yaponiyanın Böyük Tokio bölgəsində bazar günü gecə saatlarında baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində ən azı yeddi nəfər xəsarət alıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Mainichi” agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, xəsarət alanların əksəriyyəti əzilmə xəsarətləri alıb. Yeraltı təkanlar təxminən 20 saniyə davam edib: Tokioda mebellər yellənib, qab-qacaq tökülüb, təcili xəbərdarlıq sistemləri isə bütün şəhər üzrə işə düşüb.
Yaponiya Meteorologiya İdarəsinin məlumatına əsasən, episentr İbaraki prefekturasında, yer səthindən təxminən 68 km dərinlikdə yerləşib. Zəlzələdən dərhal sonra sunami təhlükəsi elan olunsa da, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.
Atom obyektlərində qeyri-ştat vəziyyəti qeydə alınmayıb. Zəlzələdən sonra qatarların hərəkəti müvəqqəti saxlanılsa da, sonradan cədvələ uyğun bərpa olunub.
Hüseyn İbadlı



