AZERFAX TV
Tramp bu ölkəyə yeni sanksiyalar tətbiq etdi

ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı, o cümlədən potensial olaraq üçüncü ölkələrə də təsir göstərə biləcək yeni sanksiyaların tətbiqi barədə fərman imzalayıb.
AZERFAX.AZ xəbər verir ki, Ağ Evin mətbuat xidməti sənədin mətnini yayımlayıb.
Fərmanda qeyd olunur ki, bu addım “Kubadakı repressiyalara görə məsul olan şəxslərə” və “ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasəti üçün təhdid yaradan fəaliyyətlərə” qarşı yönəlib.
Fərman kifayət qədər geniş xarakter daşıyır və yalnız Kubanı deyil, həmçinin Vaşinqtonun digər ölkələrdə Kuba rejiminə dəstək verdiyini düşündüyü şəxsləri də əhatə edə bilər.



