AZERFAX TV
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqladı

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin noyabr ayında keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çata biləcəyini deyib.
AZERFAX.AZ xəbər verir ki, Tramp bu barədə Dallasa yola düşməzdən əvvəl “Endryus” hərbi bazasında jurnalistlərə açıqlamasında bildirib.
ABŞ lideri hesab edir ki, İran daha uzun müddət müharibəni davam etdirə bilməyəcək. “Düşünürəm ki, müharibə seçkilərdən dərhal sonra başa çatacaq, çünki onlar artıq tab gətirə bilmirlər”, – Tramp deyib.
Tramp həmçinin İranın ABŞ-da keçiriləcək seçkilərə müdaxilə etməyə çalışa biləcəyini söyləyib. Onun sözlərinə görə, Tehran seçkilərin nəticəsində İranı “rahat buraxacaq” və nüvə silahı əldə etməsinə imkan verəcək zəif bir qrupun hakimiyyətə gəlməsinə çalışa bilər.



