AZERFAX TV
Tramp xüsusi elçilərini Moskva və Kiyevə göndərir

ABŞ Prezidenti Donald Trampın komandasının danışıqlar üzrə nümayəndələri yaxın günlərdə Moskva və Kiyevdə yeni görüşlər keçirəcəklər.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında məlumat verib.
“İlkin tarixlər var. Biz Amerika prezidentinin nümayəndələrinin buraya, Kiyevə gələcəyini gözləyirik. Onlardan artıq təsdiq daxil olub: həm Moskvada, həm də Kiyevdə görüş olacaq”, – deyə o bildirib.
Zelenski əlavə edib ki, Kiyev ABŞ-ın danışıqlar üzrə nümayəndələri ilə daimi təmasdadır.
Hüseyn İbadlı



