Ölkə

“Qalatasaray”ın yeni ulduzu sabah meydanda olacaq

“Qalatasaray” azarkeşlərinin səbirsizliklə gözlədiyi Rafael Leao ilə bağlı qərar verilib. Portuqaliyalı ulduzun sabah “Başakşehir”lə keçiriləcək qarşılaşmada meydana çıxacağı gözlənilir.

AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, baş məşqçi Okan Buruk Leaoya təxminən 30 dəqiqə oyun vaxtı verməyi planlaşdırır. Təcrübəli mütəxəssis əsas hədəfi isə ulduz futbolçunu “Sportinq Lissabon”la Çempionlar Liqası matçına tam hazır vəziyyətə gətirməkdir.

27 yaşlı Leao “Sportinq Lissabon” akademiyasının yetirməsidir. O, “Lill”də oynadıqdan sonra 2019-cu ildə “Milan”a keçib və İtaliya klubunda 291 oyunda 80 qol, 65 məhsuldar ötürmə ilə yadda qalıb.

Leao bu yay “Milan”dan “Qalatasaray”a transfer olunub. İstanbul klubu bu keçid üçün 38 milyon avro ödəyib və futbolçu ilə 4 illik müqavilə imzalayıb. Portuqaliyalı hücumçu hər mövsüm 10 milyon avro xalis zəmanətli maaş alacaq.

Related Articles

Bir cavab yazın

Back to top button