Trampdan kosmosla bağlı növbəti addım

ABŞ Prezidenti Donald Tramp ölkədə ABŞ Kosmik Akademiyasının yaradılması ilə bağlı fərman imzalayıb.
AZERFAX.AZ xəbər verir ki, Tramp bu barədə Texas ştatının Hyuston şəhərində yerləşən Conson adına Kosmik Mərkəzdə amerikalı astronavtların mükafatlandırılması mərasimində çıxışı zamanı məlumat verib.
O bildirib ki, kosmosun tədqiqi sahəsində çalışacaq hərbçilər, mühəndislər, mülki operatorlar və digər mütəxəssislərdən ibarət yeni nəslin hazırlanmasına ehtiyac var.
“Bizə kosmosun tədqiqi üçün ixtisaslı hərbçilər, mühəndislər, mülki operatorlar və digər bütün mütəxəssislərdən ibarət bütöv bir nəsli öyrətmək və hazırlamaq lazımdır. Bir neçə dəqiqədən sonra mən yeni milli akademiyanın yaradılması haqqında fərman imzalayacağam. O, ABŞ Kosmik Akademiyası adlanacaq. Bu, çox mühüm bir hadisədir”, – Tramp deyib.
ABŞ Prezidenti çıxışını başa vurduqdan sonra akademiyanın yaradılmasına dair fərmanı imzalayıb.



