Ölkə

ABŞ Hörmüzün açıldığını irəli sürdü

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında beynəlxalq gəmiçilik marşrutlarının yenidən açıldığını açıqlayıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə CENTCOM rəhbəri admiral Bred Kuper açıqlama verib. O bildirib ki, ABŞ qüvvələri boğazdakı dəniz minalarının təmizlənməsi əməliyyatını başa çatdırıb. Onun sözlərinə görə, əməliyyatda hərbi dəniz qüvvələrinin dalğıcları, dəniz komandoları və müxtəlif aviasiya bölmələri iştirak edib. Kuper hazırda beynəlxalq tranzit marşrutlarının gəmilərin hərəkəti üçün açıq olduğunu deyib.

O, son aylarda ABŞ qüvvələrinin təxminən 750 milyon barel neft daşıyan 1500-ə yaxın kommersiya gəmisinin boğazdan keçməsinə yardım etdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button