AZERFAX TV

Trampın uşaqlıq evi 1,93 milyon dollara satıldı

ABŞ Prezidenti Donald Trampın həyatının ilk illərini keçirdiyi evin sahibi dəyişib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.

Binanı prezidentin atası 1940 ildə tikdirib və gələcəkdəki ABŞ lideri ailə daha böyük yaşayış evinə köçməzdən əvvəl həyatının ilk dörd ilini burada yaşayıb.

Son vaxtlara qədər malikanə tənəzzül dövrünü yaşayırdı, çünki Tramp Ağ evə köçdükdən sonra o, turistlərə kirayə vermək üçün istifadə olunurdu. 2025-ci ildə tikinti şirkətinin rəhbəri Tommi Lin evi 835 min dollara alıb və onun bərpasına 500 min dollardan çox sərmayə qoyub ki, bu da nəticədə obyektin dəyərini əhəmiyyətli dərəcədə artırmağa imkan verib. Sonda 1,93 milyon dollara satılıb.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button