AZERFAX TV

“Turan Tovuz” yeni mövsümə qələbə ilə başladı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünə start verilib.

AZERFAX.AZ xəbər verir ki, açılış oyunu Tovuzda keçirilib. Yerli “Turan Tovuz” doğma meydanda “Qəbələ” ilə qarşılaşıb.

Görüşün taleyini 1 qol həll edib. Tovuz təmsilçisinin müdafiəçisi Enrike Silva 35-ci dəqiqədə topu rəqib qapısından keçirib.

Beləliklə, “Turan Tovuz” yeni mövsümə qələbə, “Qəbələ” isə məğlubiyyətlə başlayıb.

Qeyd edək ki, I turun digər oyunları avqustun 15, 16 və 17-də keçiriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button