AZERFAX TV

Türkiyədə ağır qəza – 22 nəfər xəsarət aldı

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus dərəyə aşıb, 22 nəfər xəsarət alıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qəzanın mikroavtobus təkərinin partlaması nəticəsində sürücünün idarəetməni itirməsindən sonra baş verdiyi bildirilib.

Qeyd olunub ki, hadisə yerinə tibb, yanğınsöndürmə və polis qrupları cəlb edilib. Qəzada yaralanan və əksəriyyəti qadın olan 22 nəfər xəstəxanaya çatdırılıb. Müalicəyə götürülən yaralıların səhhətinin yaxşı olduğu açıqlanıb.

Qəza ilə bağlı araşdırma başlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button