AZERFAX TV
Türkiyəli idmançı reklam lövhəsinə belə çırpıldı

Türkiyəli tennisçi Zeyneb Sönməz “Rolan Qarros”da reklam lövhəsinə çırpıldığı üçün mübarizəni dayandırıb.
AZERFAX.AZ xəbər verir ki, o, almaniyalı Tatyana Maria ilə ukraynalılar Angelina Kalinina və Dayana Yastremskayaya qarşı oynayarkən yüksəkdən gələn topu qaytararkən reklam stendinə dəyib və kortun divarına çırpılıb.
Sönməz matçı davam etdirə bilməyib və ukraynalılar turnirin üçüncü raunduna yüksəliblər.



