Türkiyənin ittifaqı bölgədə bütün hesabları dəyişdi

Yunanıstanın keçmiş Quru Qoşunları komandanı Konstantinos Ziazias Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasındakı müdafiə əməkdaşlığının bölgədə yeni balans yaratdığını bildirib.
AZERFAX.AZ xəbər verir ki, Ziazias Türkiyənin inkişaf etmiş müdafiə sənayesi və NATO təcrübəsini Səudiyyə Ərəbistanının iqtisadi gücü və Pakistanın hərbi imkanları ilə birləşdirdiyini deyib.
Onun sözlərinə görə, bu əməkdaşlıq Türkiyənin Şərqi Aralıq dənizindən Fars körfəzi və Hind okeanına qədər təsir imkanlarını genişləndirir və Ankaranı bölgədə potensial təhlükəsizlik təminatçısına çevirir.
Ziazias Türkiyə-Səudiyyə yaxınlaşmasının İsrailin regional planlarına da təsir göstərə biləcəyini qeyd edib. O bildirib ki, yeni vəziyyət Yunanıstanı regional strategiyasını yenidən nəzərdən keçirməyə məcbur edir.
Akqabay



