AZERFAX TV

Üç ömür boyu da onun səviyyəsinə çata bilməzdim – Kassano kimi deyir?

İtaliya millisinin keçmiş oyunçusu Antonio Kassano özündən güclü hesab etdiyi oyunçuların adlarını açıqlayıb.

AZERFAX.AZ xəbər verir ki, keçmiş hücumçu fikirlərini “Viva el futbol” YouTube kanalında paylaşıb.

“Andres İnyesta məndən daha yaxşı idi – futbol tarixində gördüyüm ən yaxşı yarımmüdafiəçi. Ronaldinyo da: mənim çata bilmədiyim səviyyədə beş-altı il keçirdi. Romario, Ronaldo, Neymar və əlbəttə ki, Lionel Messi məndən daha yaxşı idilər. Hətta üç ömür boyu belə, onun səviyyəsinə yaxınlaşa bilməzdim.

Əgər fərqli bir futbolçu kimi yenidən doğulmalı olsaydım, yalnız Messini seçərdim”, – Kassano deyib.

Kassano əvvəllər “Roma”, “İnter”, “Milan”, “Real Madrid” və bir neçə başqa klubda oynayıb. Hücumçu İtaliya millisi ilə Avropa ikincisi olub.

Related Articles

Bir cavab yazın

Back to top button