Uitkoff və Kuşnerin Kiyevə səfər tarixi AÇIQLANDI

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ABŞ liderinin kürəkəni Cared Kuşnerlə birlikdə yaxın həftələrdə Kiyevə səfər edəcəyini təsdiqləyib.
Puhlika.az xəbər verir ki, bu barədə amerikalı bloqer Laura Lumer “X” sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, səfər Ukrayna münaqişəsinin başa çatdırılması məsələsinin müzakirəsinə həsr olunacaq.
Bundan əvvəl Uitkoff və Kuşnerin yaxın vaxtlarda Rusiyaya səfər edə biləcəyi barədə məlumat yayılmışdı. Lakin hazırda bununla bağlı konkret tarix və ya rəsmi təsdiq yoxdur.
İyulun 28-də ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskini öz iqamətgahında qəbul edib. Görüş qapalı formatda, jurnalistlərin iştirakı olmadan keçirilib və təxminən bir saat davam edib. Ukrayna Prezidenti Trampla diplomatik prosesin intensivləşdirilməsini müzakirə etdiyini bildirib. O, ABŞ lideri ilə görüşünü “yaxşı” kimi qiymətləndirib.
Hüseyn İbadlı



