AZERFAX TV
Ukrayna Ali Radasının vitse-spikeri Azərbaycana təşəkkür etdi

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana aparılıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk sosial media hesabında paylaşım edib.
Vitse-spiker Ukraynanın müharibədən təsirlənmiş azyaşlı vətəndaşlarına göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib:
“Azərbaycanlı həmkarlarının təşəbbüsü ilə uşaqların bir müddət də olsa, dinc səmada yaşamaları və reabilitasiya keçmələri üçün yaradılan imkan yüksək qiymətləndirilir”.



