AZERFAX TV

Ukrayna Nijnekamskı vurdu – 2 ölü, 12 yaralı var

Ukrayna Silahlı Qüvvələrinin (VSU) Nijnekamsk şəhərinə dron hücumu nəticəsində iki nəfər həlak olub, 12 nəfər yaralanıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Nijnekamsk meri Radmir Belyayev “Max” sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, dronlardan biri ağaca dəyib və yaxınlıqdakı avtomobilə zərər vurub.

“Maşında dörd gənc olub. İki nəfər həlak olub”, – Belyayev yazıb.

O əlavə edib ki, daha iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bundan əlavə, merin sözlərinə görə, Ukrayna dronu yaşayış binasını da vurub. Dörd nəfər yaralanıb və hazırda onlar tibbi yardım alırlar.

Müəllif: Tural

Related Articles

Bir cavab yazın

Back to top button