AZERFAX TV
Ukrayna “Rosatom”un gəmisini batırdı

Ukrayna Silahlı Qüvvələrinin (VSU) pilotsuz katerləri Qara dənizdə “Rosatom”un nədində olan “FESCO” şirkətinin konteyner gəmisinə hücum edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə RT məlumat yayıb. Nəşr dövlət korporasiyası olan “Rosatom”un baş direktoru Aleksey Lixaçevə istinad edib.
Onun sözlərinə görə, hücum nəticəsində “Yanina” motorlu gəmisi batıb. 17 ekipaj üzvünün hamısı xilas edilib.
Lixaçev qeyd edib ki, konteyner gəmisi beynəlxalq sularda üzür və qeyri-hərbi məhsullar – dondurulmuş qidalardan tutmuş, tikinti materiallarına qədər daşıyırmış.
Müəllif: Tural



