AZERFAX TV
Ümidverici tendensiyar müşahidə edirik – Masadıkov Bakı-İrəvan razılaşması haqda

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan- Ermənistan münasibətlərinin nizamlanmasının Cənubi Qafqazda etibarlı və davamlı sülhə gətirib çıxaracağına ümid edir.
AZERFAX.AZ xəbər verir ki, bu barədə bazar ertəsi KTMT Parlament Assambleyası Şurasının iclasında KTMT-nin baş katibi Taalatbek Masadıkov bildirib.
Onun sözlərinə görə, təşkilat davamlı sülh və sabitlik axtarışının davam etdiyi Cənubi Qafqazdakı vəziyyətə diqqət yetirir.
“İki ölkə arasında hərtərəfli dövlətlərarası sülh müqaviləsinin imzalanması istiqamətində ümidverici tendensiyalar müşahidə edirik. Biz inanırıq ki, Azərbaycan-Ermənistan münasibətlərinin həlli Cənubi Qafqazda davamlı sülh və sabitliyə aparan etibarlı yoldur”, – deyə Masadıkov bildirib.
Müəllif: Tural



