AZERFAX TV
Uşağını qucağına götürən müğənni xəstəxanalıq oldu

Müğənni Manija Çində xəstəxanaya yerləşdirilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə sənətçi özü İnstaqramda paylaşım edib.
Hadisə Pekin yaxınlığında baş verib. Manija uşağını qucağına götürərkən yıxılıb və ayağını ciddi zədələyib. Müğənni dərhal ən yaxın dövlət xəstəxanasına müraciət edib.
“Əvvəlcə hər şey qorxulu idi. Çünki biz yerli dili anlamırdıq və burada hər şeyin necə işlədiyini və ya həkimlərlə necə ünsiyyətə keçəcəyimizi bilmirdik”, – deyə müğənni bildirib.
Lakin tezliklə məlum olub ki, xəstəxanada tərcüməçilər də var imiş. Tibb işçiləri isə daim kömək üçün əllərindən gələni edirmiş. Manija kompüter tomoqrafiyasından keçib, sonra terapevt ona diaqnoz qoyub və müalicə təyin edib.
Müəllif: Tural



