AZERFAX TV

Üzünüzə gülən hər kəs dost deyil

Psixoloji manipulyasiya hər zaman açıq münaqişələrlə ortaya çıxmır. Bəzən dostca görünən sözlər, həddindən artıq təriflər və ya guya “narahatlıq” ifadələri vasitəsilə insanın özünəinamı və sosial əlaqələri hədəf alınır.

AZERFAX.AZ xəbər verir ki, psixoloqların təhlilinə görə, ətrafınızdakı gizli paxıllığı və düşmənçiliyi üzə çıxaran 7 əsas davranış aşağıdakılardır:

1. Nüfuza xələl gətirən eyhamlar

Həqiqi ittiham etmək əvəzinə, başqalarının zehnində şübhə yaradan ifadələr işlətmək. Kiminsə savadı, bacarığı ilə bağlı şübhə yaradan və ya psixoloji vəziyyəti ilə bağlı guya “narahatlıq” keçirirmiş kimi görünən sözlər zamanla həmin şəxsin nüfuzunu sarsıdır.

2. Həddindən artıq təriflə səhvləri dəstəkləmək

İnsanın təkəbbürlü davranışlarını və ya yanlış qərarlarını mütəmadi olaraq tərifləyib dəstəkləmək onu tənqidlərə qapalı edir. Həqiqi dost acı da olsa, yeri gələndə qurucu tənqid etməkdən çəkinmir.

3. “Narahatlıq” bəhanəsilə şəxsi məlumatları toplamaq

Problemlərinizlə həddindən artıq maraqlanmaq hər zaman xoş niyyət göstəricisi deyil. Şəxsi məlumatların toplanıb daha sonra əleyhinizə istifadə edilməsi manipulyasiyanın ən mühüm əlamətlərindən biridir.

4. Kritik məqamlarda özünəinamı sarsıtmaq

Vacib iş müsahibəsi, təqdimat və ya imtahan öncəsi keçmiş uğursuzluqları xatırladaraq diqqəti yayındırmaq və insanın özünəinamını zəiflətmək.

5. Uğurun qarşısını almağa yönəlmiş məsləhətlər

Sizi hədəflərinizdən çəndirməyə çalışmaq, zərərli vərdişləri təşviq etmək, intizamlı həyatdan uzaqlaşdırmaq və həvəsdən düşürən rəylər bildirmək.

6. Uğuru görməzdən gəlmək

Əldə olunan uğurları mütəmadi olaraq kiçiltmək və ya əhəmiyyətsiz kimi qələmə vermək.

7. Üçüncü şəxslərdən istifadə edərək münaqişə yaratmaq

Sözləri təhrif etmək, şayiə yaymaq və tərəfləri bir-birinə vuraraq sosial çevrənizdəki münasibətləri pozmaq.

Bu davranışların davamlılığına diqqət yetirilməli, ehtimallarla deyil, konkret faktlarla hərəkət edilməli, ehtiyac olduqda açıq ünsiyyət qurulmalı və şəxsi sərhədlər qorunmalıdır. (Milli.Az)

Related Articles

Bir cavab yazın

Back to top button