AZERFAX TV
Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu

Azərbaycanda 17 yaşlı qızın məcburi şəkildə evləndirilməsinə cəhd edilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, qızın sentyabrın 20-də toyunun keçirilməsi planlaşdırılıb. Evliliyə razı olmayan qız valideynlərinin cehiz almaq üçün “Sədərək” Ticarət Mərkəzinə getməsindən istifadə edərək sığınacağa müraciət edib.
Qız taksiyə minərək sürücüdən onu Kəmalə Ağazadənin rəhbərlik etdiyi sığınacağa aparmasını istəyib. O, sürücüyə pulunun olmadığını, sığınacaqda ödəniş ediləcəyini deyib. Taksi sürücüsü onu sığınacağa çatdırıb.



