AZERFAX TV

Venesiya Film Festivalının qalibləri açıqlandı

2026-cı il Venesiya Film Festivalının bağlanış mərasimində müsabiqənin qalibləri açıqlanıb.

AZERFAX.AZ xəbər verir ki, festivalın əsas mükafatı olan “Qızıl şir” danimarkalı rejissor May el-Tukinin “Naməlum qadın” filminə verilib.

May el-Tuki əsas müsabiqədə filmini müstəqil şəkildə çəkən yeganə qadın rejissor olub. Əsas müsabiqədə ümumilikdə 21 film yer alıb.

“Gümüş şir” – münsiflər heyətinin Qran-prisi isə Cənubi Koreya rejissoru Li Çan Donun “Mümkün sevgi” filminə təqdim olunub.

Rejissorluğa görə “Gümüş şir” mükafatını İlya Xrjanovski “Dau” filminə görə qazanıb.

Festivalın əsas müsabiqəsində mükafatlar belə bölüşdürülüb:

“Qızıl şir” – Qran-pri – “Naməlum qadın”, rejissor May el-Tuki;

“Gümüş şir” – Qran-pri – “Mümkün sevgi”, rejissor Li Çan Don;

Rejissorluğa görə “Gümüş şir” – İlya Xrjanovski, “Dau”;

Ən yaxşı qadın roluna görə Volpi kuboku – Matilda Arsel, “Naməlum qadın”;

Ən yaxşı kişi roluna görə Volpi kuboku – Con Malkoviç, “Vəhşi at”;

Ən yaxşı ssenari – Stefan Brize, Korali Amadeo və Olivye Qors, “Yaxşı balaca əsgər”;

Münsiflər heyətinin xüsusi mükafatı – “Naza”, rejissorlar Yuval Abraham və Raxel Şor;

Ən yaxşı gənc aktyor və ya aktrisa üçün Marçello Mastroyanni mükafatı – Malu Hebizi, “15/18”.

Related Articles

Bir cavab yazın

Back to top button