Versalda 3 saat gecikmə ilə başlayan şam yeməyinin menyusu: Donuz əti, qulançar…

Fransa və ABŞ prezidentləri Emmanuel Makron və Donald Tramp arasında Versal Sarayında keçirilən qala şam yeməyi Amerika liderinin Parisə gec gəlməsi səbəbindən üç saatlıq gecikmə ilə başlayıb.
AZERFAX.AZ xəbər verir ki, Trampın təyyarəsinə görə planlaşdırılan uçuşlar təxirə salınıb. Bundan əlavə, polislər hava limanını Versalla birləşdirən magistral yolu bağlayıblar.
Emmanuel Makron və həyat yoldaşı Bricit Amerika prezidentini sarayda qarsalayıblar. Qala qəbulunda müxtəlif donuz əti, Luara vadisindən gətirilmiş qulançar, Burbonez toyuğu, Fransanın müxtəlif bölgələrindən gətirilmiş pendirlər və şokoladlı tort olub.
Tədbir təşkilatçıları qonaqlara fransız şərablarının təklif edilib-edilmədiyi haqda məlumat verməyiblər. Trampın spirtli içkilərdən çəkindiyi məlumdur.
Müəllif: Tural



