Region
Gəncədə su üstündə dava düşüb.

Gəncədə qonşular arasında su üstündə mübahisə sonda xəsarətlə yekunlaşıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib. Eyni qəsəbədə qonşu olan 1990 cı il təvəllüdlü Elvin Alıyev və 1981 ci il təvəllüdlü Azər Ələsgərov arasında mübahisə düşüb. Nəticədə tərəflər arasında əlbəyaxa dava çevrilib. Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətıəri alaraq xəstəxanaya yerləşdiriliblər. İlkin məlumata görə, mübahisə istixananın suvarılması ilə bağlı olub. Faktla bağlı araşdırma aparılır.



