AZERFAX TV

Xanımına tərəf müqabili ilə xəyanət edib?

Türk aktyor Selahattin Paşalı ilə bağlı şok iddialar yayılıb.

AZERFAX.AZ xəbər verir ki, sənətçinin xanımı Lara Paşalıya xəyanət etdiyi və bu səbəbdən boşanma ərəfəsində olduqları iddia olunub.

Xəyanət mövzusunda isə iki aktrisanın adı hallanıb. Onlardan biri Selahattinin “Masumiyet müzesi” serialındakı tərəf müqabili Eylül Lize Kandemirdir.

Digəri ilə bağlı iddianı isə jurnalist Akif Yaman irəli sürüb. Onun sözlərinə görə, əslində Selahattin “Kıskanmak”da birgə rol aldığı Hafsanur Sancaktutan ilə eşq yaşayır.

Hafsanın keçmiş sevgilisi Kubilay Akanı əsgərlində ziyarət etməsi də bu xəbərləri ört-bastır etmək üçün düşünülüb.

Digər tərəfdən Lara Paşalının ad gününü tək qeyd etməsi də iddiaları gücləndirib.

Qeyd edək ki, Selahattinlə Laranın bir qız övladı var. (OLAY)

Related Articles

Bir cavab yazın

Back to top button