“Yalnız bir cavab alırdıq: “Gedin razılaşın”

“Danışıqlar prosesinin ilkin mərhələsində böyük ümidlərimiz var idi. Mən 2003-cü ildən Prezident kimi fəaliyyət göstərirəm və 17 il ərzində, dediyim kimi, sonradan nəticəsiz olduğu aydın olan bu danışıqlarda iştirak etdim, sülh yolu ilə həll variantı tapmağa və böyük dövlətləri həqiqətin bizim tərəfimizdə olduğuna inandırmağa çalışdım”.
AZERFAX.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.
“Biz deyirdik: “Haqq bizim tərəfimizdədir. Biz işğala məruz qalmışıq. Xəritəyə baxın, Ermənistan silahlı qüvvələrinin bizim ərazilərimizdə harada yerləşdiyini görün”. Bunun müqabilində isə yalnız bir cavab alırdıq: “Gedin razılaşın”. Sonra deyirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Daha sonra bildirirdilər ki, siz müharibəyə başlaya bilməzsiniz. Həmçinin xəbərdarlıq edirdilər ki, əgər müharibəyə başlasanız, sanksiyalarla üzləşəcəksiniz. Bu cür çoxsaylı başqa mesajlar verilirdi, sadəcə vaxtınızı çox almaq istəmirəm”, – deyə Prezident vurğulayıb



