AZERFAX TV

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın Honşu adasının şərq sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 117 min nəfərin yaşadığı İşinomaki şəhərindən 225 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

İlkin məlumata əsasən, zəlzələ nəticəsində ölən və ya xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb. Sunami təhlükəsi də elan edilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button