Ölkə

Şahzadə Harri və Meqan 6 ildən sonra İngiltərəyə qayıtdı

Şahzadə Harri və həyat yoldaşı Meqan 6 ildən sonra İngiltərəyə qayıdıb.

AZERFAX.AZ xəbər verir ki, Britaniya mediasının məlumatına görə, cütlük ABŞ-dan özəl təyyarə ilə İngiltərəyə gedib. Onların Birmingem hava limanına endiyi bildirilir.

Harri və Meqanın övladları Arçi və Lilibet sentyabr ayında İngiltərədə məktəbə başlayacaq. Ailənin London yaxınlığındakı Kotzvolds bölgəsində yaşaması planlaşdırılır.

Cütlük 2020-ci ildə kral ailəsindəki vəzifələrindən imtina edərək ABŞ-a köçmüşdü. Bundan sonra onların kral ailəsi ilə münasibətləri gərginləşmişdi.

Son vaxtlar Harri atası Kral III Çarlzla münasibətlərini yaxşılaşdırmaq istədiyini bildirib. Onun qardaşı Şahzadə Uilyamla münasibətləri isə hələ də gərgin olaraq qalır.

Related Articles

Bir cavab yazın

Back to top button