Yaxın Şərqdə gərginlik kritik həddə

Yaxın Şərqdə artan hərbi qarşıdurmalar fonunda ABŞ-ın İsraildəki diplomatik missiyası əməkdaşlarının hərəkətinə məhdudiyyətlər tətbiq edib.
AZERFAX.AZ xəbər verir ki, ABŞ diplomatlarına Livan, Misir və Qəzza zolağı ilə sərhəd bölgələrinə, eləcə də İordan çayının Qərb sahilinin əksər ərazilərinə səfər etmək qadağan olunub. Eyni zamanda, əvvəllər tətbiq edilən konsulluq fəaliyyətinə dair məhdudiyyətlər isə ləğv edilib.
Gərginlik bölgədə ardıcıl hərbi toqquşmalarla daha da dərinləşib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində “Apache” helikopterinin vurulmasından sonra İran ərazisinə raket zərbələrinin endirildiyini açıqlayıb. Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına hücum edib.
Daha sonra İran İsrailin şimal bölgələrini raket atəşinə tutub. İsrail tərəfi isə bütün raketlərin zərərsizləşdirildiyini bildirib. Bu hadisələr İsrailin Beyrut ətrafında “Hizbullah”a məxsus obyektə zərbə endirməsindən sonra baş verib. Təl-Əviv həmin hücumu sərhəd bölgələrindən atəşə cavab kimi əsaslandırıb.
Məlumata görə, qarşılıqlı zərbələrin intensivləşdiyi gecədə İsrail İrana cavab hücumu həyata keçirib, səhər saatlarında isə Tehran yenidən İsrail ərazisini atəşə tutub. Günorta isə tərəflərin atəşkəs elan etdiyi bildirilib.
Adəm



