4 bürcün həyatında dönüş dövrü başlayır


Başqalarını razı salmaq üçün daim güzəştə gedən, öz ehtiyaclarını arxa plana atan dörd bürc üçün dəyişiklik dövrü başlayır.
AZERFAX.AZ xəbər verir ki, bu bürcləri təqdim edir:
Qoç
Qoçların münasibətlərində ciddi qərarlar gündəmə gələ bilər. Birlikdə yaşamaq və ya münasibəti rəsmiləşdirmək barədə düşünənlər xüsusilə maddi məsələlərdə diqqətli olmalıdır. Onlar artıq bütün yükü öz üzərlərinə götürməkdənsə, haqlarını qorumağa çalışacaq.
Tərəzi
Həmişə başqalarını düşünən Tərəzilər bu dəfə öz istəklərinə üstünlük verəcək. Bu, bəzi münasibətlərdə gərginlik yaratsa da, onlara həqiqətən dəyər verən insanlarla daha sağlam bağlar qurmağa imkan yaradacaq.
Əqrəb
Əqrəblər iş həyatında yeni fürsətlərlə qarşılaşa, iş təklifi və ya yüksəliş xəbəri ala bilər. Lakin əlavə məsuliyyətləri qəbul etməzdən əvvəl maaşın görüləcək işə uyğun olub-olmadığını qiymətləndirmək vacibdir. Artıq hər yükü daşımaq məcburiyyətində olmadıqlarını anlayacaq.
Oğlaq
Oğlaqlar iş və şəxsi həyat arasında tarazlıq yaratmağa çalışacaq. Yeni vəzifə və yüksəliş imkanları yarana bilər. Bununla belə, qərar verərkən maaşı, məsuliyyəti və şəxsi həyata ayrılan vaxtı nəzərə almaq vacib olacaq.
Bu dövr dörd bürc üçün öz dəyərini anlamaq, haqsız güzəştlərdən uzaqlaşmaq və başqalarını razı salmaq əvəzinə öz ehtiyaclarına da önəm vermək mərhələsi kimi şərh olunur.



