Ölkə
60 gün günəş batmır – Avropanın ən qəribə şəhəri


Norveçin Tromsö şəhərində təxminən iki ay ərzində günəş üfüqdən aşağı enmir.
AZERFAX.AZ xəbər verir ki, Şimal Qütb Dairəsindən 300 kilometr şimalda yerləşən Tromsödə hər il 20 maydan 22 iyuladək “gecəyarısı günəşi” hadisəsi yaşanır. Məlumata görə, Günəşin gecə saatlarında belə batmamasının əsas səbəbi Yer kürəsinin oxunun əyilməsidir. Bildirilir ki, bu dövrdə gecə yarısı saat 00:00 və ya 01:00-da belə şəhər tam işıqlı olur.
Qış aylarında isə şəhərdə əksinə, 28 noyabrdan 14 yanvaradək qütb gecəsi yaşanır və günəş üfüqdən görünmür. Lakin bu müddətdə şəhər tamamilə qaranlığa qərq olmur və günorta saatlarında “mavi alaqaranlıq” adlanan işıqlanma müşahidə edilir.



