AZERFAX TV
Əraqçi Quterreşə məktub ünvanladı – ABŞ-la bağlı tələb

İran BMT-ni ABŞ-ın Tehrana qarşı məcburedici tədbirlər və ikinci dərəcəli sanksiyalar tətbiq etməsini pisləməyə çağırıb.
AZERFAX.AZ xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçinin BMT Baş katibi Antonio Quterreşə məktubunda Vaşinqtonun tədbirlərinin humanitar və insan hüquqları baxımından nəticələrinin araşdırılması istənilib.
Əraqçi ABŞ-ın İran xalqına vurduğu zərərə görə beynəlxalq məsuliyyət daşıdığını bildirib. O, zərərin ödənilməsi və pozuntuya yol verənlərin məsuliyyətə cəlb olunması üçün bütün hüquqi imkanlardan istifadə etmək hüququnu saxladıqlarını vurğulayıb.
Qeyd edək ki, ABŞ daha əvvəl İranla əlaqələrə görə 60-dan çox təşkilat, fiziki şəxs və gəmiyə qarşı sanksiya tətbiq edib.



