Ölkə

ABŞ Ali Məhkəməsi Trampın vətəndaşlıq fərmanını ləğv etdi

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın doğumla vətəndaşlıq hüququnu məhdudlaşdırmağa yönələn fərmanını qanunsuz hesab edib.

AZERFAX.AZ xəbər verir ki, qərarda doğum hüququ əsasında vətəndaşlığın ABŞ Konstitusiyası ilə qorunduğu qeyd olunub. Hakimlərin böyük əksəriyyəti bu hüququn konstitusion təminata malik olduğunu bildirib. Bir hakim isə məsələyə fərqli yanaşsa da, fərmanın federal qanunvericiliyə zidd olduğu qənaətinə gəlib. Xatırladaq ki, fərman 2025-ci il yanvarın 20-də imzalanmışdı. Sənədə əsasən, ABŞ-də qanunsuz yaşayan ailələrin övladlarına, eləcə də anası müvəqqəti viza ilə ölkədə olan, atası isə ABŞ vətəndaşı və ya daimi yaşayış icazəsi sahibi olmayan uşaqlara vətəndaşlıq verilməməsi nəzərdə tutulurdu.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button