Ölkə
ABŞ hücum etsə müharibənin coğrafiyası dəyişəcək


İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühəbbi ABŞ-nin İrana qarşı yeni hücum həyata keçirəcəyi təqdirdə silah və müharibənin coğrafiyasını dəyişəcəklərini bildirib.
AZERFAX.AZ xəbər verir ki, Mühəbbi iştirak etdiyi televiziya proqramında gündəmlə bağlı açıqlamalar verib. ABŞ və İsrailin İrana qarşı mümkün yeni hücumunu şərh edən sözçü belə bir vəziyyətdə müdafiə və hücum imkanlarının ciddi şəkildə dəyişəcəyini deyib.
“Yeni hücum olarsa, silah və müharibənin coğrafiyasını dəyişəcəyik. Yeni imkanlarla təchiz edilmiş silahları döyüş meydanına çıxaracağıq və dünya təəccüblənəcək. Hədəfimiz əvvəlki hədəflər deyil. Hələ hücum edilməmiş yeni hədəflər müəyyənləşdirmişik”, – deyə Mühəbbi bildirib.



