ABŞ İrana zərbələr endirdi – Ölən və yaralananlar var


ABŞ Silahlı Qüvvələrinin İranın müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində ölən və yaralananların olduğu bildirilir.
AZERFAX.AZ xəbər verir ki, İran mediasının məlumatına görə, ABŞ ordusu Sirik şəhərində toy mərasiminin keçirildiyi əraziyə hava zərbəsi endirib. Hadisə nəticəsində azı iki nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı açıqlanıb. Ümumilikdə Sirikdə 20 nəfərin xəsarət aldığı bildirilir.
Bundan əvvəl İranın Konarak liman şəhəri və Qeşm adasında da partlayış səsləri eşidilib. Məlumata görə, Konarakda altı, Qeşm adasının cənub sahilində isə səkkiz partlayış səsi qeydə alınıb.
Bəndər-Abbas və Sirikin bəzi ərazilərində də partlayış səslərinin eşidildiyi bildirilib. Qeşm hava limanına zərbə endirilməsi barədə məlumat isə hələ rəsmi təsdiqini tapmayıb.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri Hörmüz boğazı ərazisində İran obyektlərinə genişmiqyaslı zərbələr endirib.



