AZERFAX TV
Goranboyda güclü yanğın baş verdi

Gecə saatlarında Goranboy rayonu, Nizami kəndi yaxınlığında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə AZERFAX.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi üçün aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülür.
Hadisə nəticəsində xəsarət alan yoxdur.



