Ölkə

ABŞ İranda Darhovin Atom Elektrik Stansiyasına zərbə endirdi

İran Atom Enerjisi Təşkilatı ABŞ qüvvələrinin ölkənin Xuzistan əyalətində tikintisi davam edən Darhovin Atom Elektrik Stansiyasına zərbə endirdiyini açıqlayıb.

AZERFAX.AZ xəbər verir ki, Qurumun sosial media hesabında yayılan məlumatda bildirilir ki, hücum davam edən tikinti mərhələsində olan nüvə obyektinə yönəlib.

Açıqlamada vurğulanıb ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında olan dinc məqsədli nüvə obyektinə hücum beynəlxalq hüququn açıq şəkildə pozulması hesab olunur.

Qeyd edək ki, Karun bölgəsində yerləşən və gücü 300 meqavat olan Darhovin Atom Elektrik Stansiyasının tikintisinə 2022-ci ilin dekabrında başlanılıb. Təzyiqli su reaktoru sistemi ilə işləyəcək stansiyanın inşasının təxminən 8 il davam edəcəyi və layihənin ümumi dəyərinin 2 milyard dollar olacağı bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button