Ölkə

Adil Qeybulla Tofiq Yaqublunu müayinə etdi


Tanınmış həkim Adil Qeybulla Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu təcridxanada müayinə edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.


Belə ki, A.Qeybullanın istintaq təcridxanasına daxil olmasına icazə verilib. O, Penitensiar Xidmətin Tibb Baş İdarəsinin həkimləri ilə birgə Tofiq Yaqublunu müayinə edib.

Həkim məhkumun saxlanılma şəraitindən narazı olmadığını, ona aclığı dayandırmasını tövsiyə etdiyini deyib.

Qeyd edilib ki, bu gün T.Yaqublunun çəkisi 83 kq 350q, təzyiqi 126/84, temperatur, saturasiya, ürək döyüntüsü normaldır. A.Qeybulla aclıq aksiyasının protokoluna uyğun olaraq ona ringer və digər fizioloji məhlullar köçürüb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button