Ölkə

80 milyon avro xərclədilər, 1 qol da vura bilmədilər

“Qalatasaray”ın yay transfer dönəmində heyətinə qatdığı futbolçular mövsümün ilk oyunlarında gözləntiləri doğrultmayıb. İstanbul təmsilçisinin yeni transferlər üçün xərclədiyi böyük məbləğə baxmayaraq, futbolçuların nəticəyə töhfə verə bilməməsi diqqət çəkib.

AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, “Qalatasaray” yay transfer dönəmində Rafael Leao, Aleksey Batrakov, Deniz Gül, Lesley Uqoçukvu və El Çadaille Bitşiabu olmaqla 5 futbolçunu heyətinə qatıb. Sarı-qırmızılı klub bu transferlər üçün ümumilikdə təxminən 80 milyon avro xərcləyib.

Yeni transferlər arasında ən yüksək məbləğ Rafael Leao üçün ödənilib. Portuqaliyalı hücumçunun keçidi “Qalatasaray”a 38 milyon avroya başa gəlib. Batrakov üçün 25 milyon, Deniz Gül üçün isə 10 milyon avro ödənilib. Uqoçukvu və Bitşiabu isə icarə əsasında komandaya qoşulublar.

Lakin böyük transfer xərclərinə baxmayaraq, yeni futbolçular ilk 7 rəsmi oyunda komandanın qol hesabına töhfə verə bilməyiblər. “Qalatasaray” bu müddətdə 6 Super Liqa və 1 UEFA Çempionlar Liqası matçında ümumilikdə 14 qol vurub. Ancaq bu qolların heç birində yeni transferlərin imzası olmayıb.

Rafael Leao 4 rəsmi oyunda 230 dəqiqə meydanda olub. Batrakov 5 qarşılaşmada 230 dəqiqə, Deniz Gül 4 oyunda 155 dəqiqə, Uqoçukvu isə 5 matçda 62 dəqiqə forma geyinib. Bitşiabu isə hələ rəsmi oyunda meydana çıxmayıb.

Beləliklə, “Qalatasaray”ın yeni transferlərə yatırdığı təxminən 80 milyon avro ilk 7 rəsmi matçda komandaya nə qol, nə də məhsuldar ötürmə qazandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button