AZERFAX TV
Hörmüz boğazından sutkada cəmi üç gəmi keçib

Sentyabrın 22-də Hörmüz boğazından cəmi üç kommersiya gəmisi keçib.
AZERFAX.AZ bu barədə “Kpler” gəmi izləmə sisteminin məlumatlarına istinadən xəbər verir. Bildirilir ki, əvvəlki gün isə boğazdan dörd gəmi keçib.
Məlumata görə, sentyabrın 22-də keçən üç gəminin hamısı boğazdan çıxış istiqamətində hərəkət edib.
Son 10 gün ərzində Hörmüz boğazından sutkada orta hesabla 15 gəmi keçib. Sentyabrın 22-də qeydə alınan üç gəmi isə bu göstəricidən xeyli aşağıdır.
Həmin gün Babül-Məndəb boğazından isə 22 kommersiya gəmisi keçib. Bu boğaz üzrə son 10 günün orta göstəricisi 26 gəmi təşkil edib.
Müəllif: Adəm



