Ölkə

Ağdamda kliniki ölüm keçirdən qadın ayıldı


Ağdamda doğuş vaxtı kliniki ölüm keçirən 21 yaşlı ana son anda ayılıb, bətnindəki döl isə tələf olub.

Metnuat.az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gün Ağdam Mərkəzi Rayon Xəstəxanasının əməliyyatxanasında baş verib.


Doğuş üçün əməliyyat otağına götürülən 2004-cü il təvəllüdlü Yusifova Fatimə Məzahir qızının anidən halı pisləşib və əməliyyat masasında keçinib.

Həkimlərin köməyi sayəsində ana F.Yusifovanın həyatını xilas etmək mümkün olub. Bətnindəki döl isə tələf olub.

Hazırda F.Yusifovanın səhhəti duruma uyğun qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button