Ölkə

Ağdaş sakini faciəvi şəkildə öldü

Ağdaş sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.

AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb. Belə ki, 1966-cı il təvəllüdlü Nazim Məmmədovu yaşadığı evin həyətində elektrik cərəyanı vurub. 60 yaşlı kişi aldığı xəsarətlərdən elə hadisə yerində keçinib. İlkin ehtimala görə, N. Məmmədov su çəninə su doldurmaq istəyərkən hadisə baş verib. Hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşları cəlb olunub.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button