Ağıllı insanlar bu 5 cümləni daha çox işlədir

İnsanların düşüncə tərzi və ünsiyyət forması onların intellekt səviyyəsi haqqında müəyyən ipucları verə bilər. Psixoloqlar bildirirlər ki, yüksək intellektə malik şəxslər gündəlik həyatda bəzi ifadələrdən digərlərinə nisbətən daha çox istifadə edirlər.
AZERFAX.AZ mütəxəssis rəylərinə istinadla xəbər verir ki, ağıllı insanlar hər şeyi bildiklərini düşünmür, əksinə, daim öyrənməyə və özlərini inkişaf etdirməyə çalışırlar. Bu xüsusiyyət onların danışıq tərzində də özünü göstərir.
“Bu mövzunu daha yaxşı öyrənməliyəm”
Psixoloqlara görə, intellektual insanlar bilmədiklərini qəbul etməkdən çəkinmirlər. Onlar yeni biliklər əldə etməyə açıq olur və özlərini daim təkmilləşdirməyə çalışırlar.
“Bu, çox maraqlıdır, bir az da ətraflı danışa bilərsiniz?”
Maraq hissi yüksək intellektin əsas əlamətlərindən biri hesab olunur. Ağıllı insanlar qarşı tərəfi diqqətlə dinləyir, yeni məlumatlar əldə etmək üçün suallar verməkdən çəkinmirlər.
“Burada mənim də səhvim var”
Mütəxəssislər hesab edirlər ki, yüksək intellektə malik şəxslər məsuliyyətdən qaçmır və səhvlərini etiraf etməyi bacarırlar. Onlar baş verən hadisələrdə öz paylarını qəbul edərək vəziyyəti düzəltməyə çalışırlar.
“Mən mükəmməl deyiləm”
Psixoloqlar bildirirlər ki, ağıllı insanlar öz zəif tərəflərinin fərqində olur və qüsurlarını qəbul etməyi bacarırlar. Onlar daim öz üzərində işləməyə və daha yaxşı nəticələr əldə etməyə can atırlar.
“Sənə dəstək olacağam”
Empatiya və anlayış yüksək intellektin vacib xüsusiyyətlərindən sayılır. Mütəxəssislərin fikrincə, ağıllı insanlar çətin anlarda yaxınlarına dəstək göstərməyə çalışır, eyni zamanda şəxsi sərhədlərini qorumağı da unutmurlar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



