Ölkə
Arda Gülerə bənzəyən qızdan xəbər var


Türkiyədə milli futbolçu Arda Gülerə bənzərliyi ilə tanınan Kübranur Akkurt bu dəfə karyera uğuru ilə gündəmə gəlib.
AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, üz cizgiləri ilə Arda Gülerə oxşayan Akkurt ali təhsilini başa vuraraq diplomunu alıb.
Gənc qadın məzun olduğu universitetə bu dəfə tələbə kimi deyil, mama kimi qayıdıb. O, təhsil aldığı ali məktəbdə peşə fəaliyyətinə başlayıb.
Kübranur Akkurt daha əvvəl futbolçuya bənzərliyi ilə sosial mediada diqqət çəkmişdi. Onun fotoları Arda Gülerə oxşarlığı səbəbilə geniş yayılmış və gənc qadının tanınmasına səbəb olmuşdu.
İndi isə Akkurtun məzun olduğu universitetdə işə başlaması diqqət çəkib. O, bundan sonra fəaliyyətini mama kimi davam etdirəcək.



