Ölkə

Ardaya görə bu futbolçunu qurban seçdilər

“Real Madrid”də Arda Gülərin əsas heyətdəki rolunu daha da artırmaq üçün yeni taktiki plan hazırlanıb.

AZERFAX.AZ xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, baş məşqçi Arda Gülərin son çıxışlarından razıdır və onun komandaya daha böyük töhfə verməsini istəyir.

İddiaya görə, Arda sağ cinahda yer alsa da, oyun zamanı mərkəzə doğru hərəkət edəcək. Bununla da türkiyəli futbolçuya hücumların qurulmasında daha çox sərbəstlik veriləcək. Bu taktiki dəyişiklik Cud Bellinqemin də cərimə meydançasına daha rahat daxil olmasına imkan yaradacaq.

Arda üçün yaradılan bu əlavə imkan isə “Real Madrid”in yeni transferlərindən birinin oyun vaxtına təsir göstərə bilər.

Məlumata görə, Madrid klubunun 125 milyon avro ödəyərək heyətinə qatdığı Yan Diomande yeni sistemdə ən çox zərər görə biləcək futbolçudur. Fildişi Sahilindən olan hücumçunun Ardanın əsas heyətdəki yerini möhkəmləndirməsi fonunda ikinci plana keçə biləcəyi iddia edilir.

Bununla belə, Diomandenin tamamilə kənarda qalması gözlənilmir. Onun rotasiya oyunçusu kimi komandaya fayda verəcəyi istisna olunmur.

Related Articles

Bir cavab yazın

Back to top button