Ölkə

Avropa nəhəngindən İkardiyə sürpriz təklif

“Qalatasaray”la yollarını ayıran argentinalı ulduz Mauro İkardi karyerasını Avropada davam etdirə bilər.

AZERFAX.AZ xəbər verir ki, bu iddia ilə İtaliya mediası çıxış edib. Xarici KİV Avropa nəhəngi “Fiorentina”nın 33 yaşlı hücumçunun xidmətində maraqlı olduğunu yazıb.

Xarici mətbuatın yazdığına görə, təcrübəli futbolçunun transfer hüququnun özundə olması “Fiorentina” üçün cəlbedici görünür. İtaliya klubunun İkardiyə rəsmi təklif göndərdiyi bildirilir.

Bu transfer baş tutsa, İkardi 7 il sonra yenidən İtaliya çempionatında oynayacaq.

Qeyd edək ki, İkardinin karyerasının müəyyən dövrü İtaliya ilə bağlıdır. O, “İnter”in heyətində 219 oyuna çıxıb və 121 dəfə fərqlənməyi bacarıb.

Related Articles

Bir cavab yazın

Back to top button