Ölkə

Avropanın ən yüksək zirvəsində həyəcan

Avropanın ən yüksək zirvəsi olan Mont Blan iqlim dəyişikliklərinin təsiri ilə ciddi dəyişikliklərlə üzləşir.

AZERFAX.AZ xəbər verir ki, bu yay qeydə alınan rekord temperatur buzlaqların və donmuş torpaqların əriməsini sürətləndirib. Məlumata görə, iyulun ortalarından etibarən dağ ətrafında qaya uçqunlarının sayında ciddi artım müşahidə olunub. Məlumata görə, buzlaqların geri çəkilməsi və qarın əriməsi qayalıqlarda çatların yaranmasına səbəb olub. Bəzi dağ marşrutlarının təhlükəsizlik məqsədilə müvəqqəti bağlandığı bildirilir. 3842 metr yüksəklikdə iyul ayının orta temperatur 3,3 dərəcəyə çataraq rekord səviyyəyə yüksəlib. Məlumata görə, həmin göstərici 1994-cü ildə 1,6 dərəcə olub.

Bildirilir ki, temperaturun yüksəlməsi nəticəsində qaya uçqunları və torpaq sürüşmələri daha tez-tez baş verir.

Related Articles

Bir cavab yazın

Back to top button