Ölkə

Azərbaycan millisi Avropa çempionatında Türkiyəyə uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəni 1/8 final mərhələsində başa vurub.

AZERFAX.AZ xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığma bu mərhələdə Türkiyə millisi ilə qarşılaşıb. İstanbulda yerləşən “Sinan Erdem” İdman Sarayında keçirilən görüşdə meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

Setlər Türkiyənin üstünlüyü ilə 25:14, 25:16 və 25:22 hesabları ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Milli Gimnastika Arenasında keçirilən C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə tamamlayaraq pley-off mərhələsinə yüksəlmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button