Ölkə

Azərbaycan millisi Litva üz-üzə gələcək

Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu bu gün keçirəcək.

AZERFAX.AZ xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Litva komandası ilə üz-üzə gələcək.

Kaunas şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

D Liqasının 2-ci qrupunun matçını Kiprdən olan FIFA referisi Menelaos Antoniou idarə edəcək.

Xatırladaq ki, Litva seçməsi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteyni iki cavabsız qolla üstələyib

Related Articles

Bir cavab yazın

Back to top button